Çexiya "şantajdan qaçmaq" üçün Rusiyadan neft tədarükündən imtina etməyi planlaşdırır.
Bizimxeber.az bildirir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala deyib. "Ölkə “Dostluq” boru kəməri əvəzinə Transalpine TAL-dan istifadə etmək niyyətindədir. Bu, Çexiya üçün həlledici məqamdır, çünki Rusiya artıq enerji təchizatı ilə bizi şantaj edə bilməz".
Bu arada İtaliyadan Almaniyaya birləşdirici məntəqəyə qədər trans-alp boru kəmərinin modernləşdirilməsi Çexiya üçün ötürmə qabiliyyətini iki dəfə artıraraq ildə 8 milyon tona çatdırıb. Qeyd olunur ki, neft kəmərinin sınaqdan keçirilməsi və sertifikatlaşdırılması hələ başa çatmayıb, lakin Fiala hesab edir ki, ölkə Rusiya neftinin tədarükündə hər hansı bir fasilə yaranarsa, artıq TAL-a arxalana bilər.