Cənubi Koreyanın "səma döyüşü" - 180 təyyarə havaya qaldırıldı

Cənubi Koreya 180-dən çox KXDR hərbi təyyarəsinin hərəkətə keçdiyini qeydə aldıqdan sonra ən azı 80 döyüş təyyarəsini havaya qaldırıb.

Bizimxeber.az bildirir ki, Cənubi Koreyanın Yonhap agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, Cənubi Koreyalı mütəxəssislər iki yüzə yaxın Şimali Koreya hərbi təyyarəsinin hərəkətə gətirildiyini aşkar ediblər. 

Xüsusilə, onlar KXDR-in daxili ərazilərində, eləcə də ölkənin qərb və şərq sahilləri yaxınlığında səmada qeydə alınıb. Hərbçilərin sözlərinə görə, söhbət bombardmançılardan, həmçinin MiQ və Su qırıcılarından gedirdi. Buna cavab olaraq Seul F-35A da daxil olmaqla onlarla qırıcısını havaya qalxması qərarı verib.