Cənubi Koreyanın keçmiş müdafiə naziri intihara cəhd etdi

Cənubi Koreyanın həbs edilən keçmiş müdafiə naziri Kim Yonq-Hyun Seuldakı təcridxanada intihara cəhd edib.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin penitensiar xidməti məlumat verib. 

Təcridxana əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb və sabiq nazirin səhhəti hazırda stabildir. Hadisə dekabrın 10-da axşam saatlarında baş verib. Kim Yoon-Hen dekabrın 8-də həbs edilib. Məhkəmə sabiq müdafiə nazirinin həbsinə order verib.

İstintaqın məlumatına görə, prezident Yoon Seok Yeola hərbi vəziyyət elan etməyi təklif edən və hərbçilərin parlament binasına yerləşdirilməsinə göstəriş verən o olub.