Cəlilabaddan olan qazi qardaşlar Fransa səfirliyindən sığınacaq istədi

Bu gün Cəlilabadda atalarının qanunsuz həbs olunduğunu iddia edərək ölkə vətəndaşlığından imtina etmək istəyən qazi qardaşlar aksiya keçiriblər. 

Bizimxeber.az bildirir ki, polisin aparıdığı propfilaktik söhbətlər heç bir nəticə verməyib, qazi qardaşlar səfirlik qarşısına gələrək ölkədən getmək üçün səfirlikdən kömək istəyiblər.

Cəlilabada qayıdacaqları təqdirdə həbs olunacaqlarından ehtiyyat edən qazilər iddia edirlər ki, ataları olan blogger  Saməddin Məmmədov Prezidetin köməkçisi, əslən Cəlilabaddan olan Kərəm Həsənovun, qardaşı millət vəkili Malik Həsənovun də onların yaxın adamı icra başçısının sifarişi ilə əsassız olaraq həbs olunub. 

Bloggerin övladları iddia edir ki, ataları qanunsuz həbs olunub və o azadlığa buraxılmalıdır, əks halda ölkə vətəndaşlığından imtina etmık istəyirlər.

Qazı qardaşlar Fransa səfirliyindən Cəlialabada qayıtmamaq üçün sığınacaq istəyiblər.