"Cəhənnəmə xoş gəlmisiz!" - Zelenski tənqid olundu

"Zelenski özünün ölkədəkı imicini yüksəltmək üçün Rusiyaya hücum etmək istəyir"

Bu gün Ukraynda Radanın deputatı İlya Kiva prezident Vladimir Zelenskinin siyasi fəaliyyətini sərt tənqid edərək, hazırkı hakimiyyətə qarşı kütləvi etirazların olacağını proqnozlaşdırıb.

Bizimxeber.az Ukrayna mətbuatına istinadən bildirir ki, o deyib ki, prezident Zelenskini yaxın gələcəkdə ölkə daxilində baş verəcəklərdən heç nə xilas edə bilməyəcək: "Aclıqdan, yoxsulluqdan və soyuqdan qəzəblənən xalq bu hakimiyyəti parça-parça edəcək". 

Parlamentarin sözlərinə görə, vəziyyəti biznesmen Rinat Axmetov və ölkənin eks-prezidenti Pyotr Poroşenkonun hazırkı dövlət başçısına qarşı təşkil etdiyi informasiya kampaniyası daha da gərginləşdirir: "Tezliklə Ukraynadakı vəziyyət “cəhənnəmə” bənzəyəcək.

Bundan əlavə, Kiva Rusiyanın Ukraynanı “işğal etməsi” ilə bağlı bəyanatları tənqid edərək, Zelenskinin özünün ölkədə imicini yüksəltmək üçün hücum etmək istədiyini vurğulayıb: " Hücum olmayacaq, Rusiya çoxdan gözləmə mövqeyi tutub və hər şeyin təbii şəkildə necə olacağını sakitcə izləyir. Kiyev özünü qurban kimi təqdim etməyə çalışır və Zelenski təxribatlara gedə bilər".