Cavid Qurbanov pul olmadığına görə voleybolçuları məzuniyyətə göndərdi

Azərbaycan Voleybol Federasiyasında maddi məsələlərlə bağlı çətinliklər hələ də davam edir.

Bizimxeber.az-ın xəbərinə görə, yaranan problemlərə görə federasiya idmançıları məzuniyyətə göndərib. Səbəb kimi isə büdcədə pul olmadığı göstərilib.

Belə ki, 6 ay öncə voleybolçular məşqlərə çağırılıb və onlara aylıq ödənişlər edilib.

4 ay ödənişlər edildikdən sonra isə yenidən maaşlar kəsilib. Maaşlar kəsildikdən sonra isə idmançılara məzuniyyətə göndərildikləri barədə məlumat verilib. Hazırda məşqlərin nə vaxt bərpa olunacağı barədə də məlumat yoxdur.