Cavid Qurbanov işçilərin maaşından 150 manat kəsir - Etiraz başladı

Azərbaycan Dəmir Yolları QSC işçilərin maaşlarını kəsir.

Bizimxeber.az Unikal-a istinadən xəbər verir ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq, onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.