Cavad Zərif istefa verdi

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib. 

Bizimxeber.az bildirir ki, bu barədə "Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.