Bakının Buzovna və Maştağa qəsəbələrini su basıb.
Bizimxeber.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hər iki qəsəbənin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından şikayətçidirlər.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxılmadığını bildiriblər.
“Hər dəfə yağış yağanda küçələri su basır. Küçəni maşınla keçməyə ehtiyat edirik. Hətta bəzi maşınlar suyun dərinliyindən ehtiyat edib geri qayıdır. Vallah, aidiyyəti qurumlara demişik, baxan yoxdur. Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram”, - vətəndaşlar bildirib.
Sakinlərdən biri deyib ki, yağış suları səbəbindən evinə 15 min manat ziyan dəyib: “Evimiz təzə təmirdən çıxıb. 15 min mənə, 20 min manat xalamgilə ziyan dəyib”.
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, intensiv yağış qurunt sularının qalxmasına, subasma dinamikasının artmasına səbəb olub. Hazırda suların çəkilməsi istiqamətində işlər aparılır.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə verilən açıqlamada deyilib ki, problemə səbəb mövcud ərazidə kanalizasiya sistemi olmamasıdır.
Ətraflı videomaterialda: