"Bütün fəaliyyətimiz məhdudlaşdırılıb" - Baş redaktor Ədil Hüseynov

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.

Bu ərəfədə media məsələləri üzrə ekspert, Bizimxeber.az Media Mərkəzinin təsisisçisi, baş redaktor Ədil Hüseynov ilə Azərbaycanda müstəqil jurnalistikanın durumu barədə söhbətləşdik. 

- Umumi olaraq Azərbaycanda mətbuatın durumunu necə xarakterizə edərdiz?

- İlk olaraq qələminə, sözünə hörmət edən, prinsipləri qoruyan, müstəqil medianı dəstəkləyən jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Təəssüflər olsun ki, biz bu günü sevinclə qeyd edə bilmirik. 20-dən artıq jurnalist həbsdədir, əksəriyyəti ölkəni tərk edib və sairə. Ümumi olaraq deyim ki, Azərbaycanda mətbuatın vəziyyəti olduqca ağır və qarışıqdır.

Müstəqil mətbuat isə ümumiyyətlə, məhv edilib. Jurnalist olmaq böyük məsuliyyət tələb edir. Həm işin ağırlığı, bir yandan da yazdıqlarına görə keçirdiyin narahatlıq bütün psixoloji durumu ağırlaşdırır. Azərbaycan müstəqil mətbuatı demək olar ki, məhv edilib. Reklam bazarı yox, inkişaf yox, yandaş media daha da qabarıq şəkildə bu prossesin sürətlənməsinə dəstək verir və ən vacibi sürətlə müstəqil mətbuatı unutdururlar. İnsanlarda mətbuata olan inam azalıb, heç kim məlumatlara inanmaq istəmir, oxumur və sairə. Bir sözlə, Azərbaycanda müstəqil mətbuat tamamilə susdurulub.

- Müstəqil media adamlarının həbs edilməsinə münasibətiniz necədir?

- Birmənalı olaraq pisdir. İllərdir mənim mövqeyim dəyişməz olaraq qalır. Jurnalistlərin həbsi yolverilməzdir və qəbuledilməzdir. Bilirsiz ki, mən bütün fəaliyyətim boyu jurnalistika prinsiplərini üstün tutdum. Jurnalist olaraq heç bir siyasi oyunlara getmədim, siyasi prosseslərə girmədim və əsas işim jurnalistika oldu. Jurnalist olmaq üçün bu ən vacib faktordur. Qələminə, yazdıqlarına, araşdırmalarına görə, həbs edilən insanları həmişə müdafiə etdim və bundan sonra da edəcəm. Çünki o yazardır, qələm adamıdır və yazdıqları inkişafa yönəlikdir. Əgər bir jurnalist korrupsiya faktlarını araşdırırsa, soaial problemləri görüb yazırsa, məmurların özbaşınalığını üzə çıxarırsa bunun nəyi pisdir. Əksinə aidiyyatı qurumlara dəstək vermiş olur və problemlərin həllində yardımçıya çevirilir. Hə, əgər belə şəxslər həbs edilirsə, susdurulursa demək ki, burda maraqlar var və kimlərsə istəyir ki, Azərbaycanda yazan, araşdıran jurnalist olmasın və bunlar da rahat öz işlərini görsünlər.

Hesab edirəm ki, jurnalist yazmalıdır, araşdırmalıdır və buna görə həbs edilməməlidir. İndi 20-dən artıq jurnalist, mediada çalışan şəxslər həbsdədir. Toplum TV, AbzasMedia fəaliyyətlərini dayandırıblar, çünki, təsisçiləri, bəzi əməkdaşları həbsdə, yerdə qalan əməkdaşları da istintaq altındadır.  Müstəqil, inkişaf etmək istəyən dövlətdə belə hallar baş verməməlidir. Amma təəssüflər olsun ki, Azərbaycanda vəziyyət fərqlidir və daha doğrusu, çox pisdir.

- Sizin və rəhbəri olduğunuz xəbər portalının Media İnkişafı Agentliyi ilə hansı problemi var? 

- Bu bardədə çox danışmışam, çox yazmışam. Azərbaycanda illərdir biabırçı bir sistem formalaşıb. Problemin varsa, danışırsansa, nəsə istəyirsənsə ya biri çıxıb səni susduracaq, ya da çağıırıb deyəcək ki, gəl sənin problemini həll edək, daha danışma, sus.

Bu hal mənə görə deyil və çox biabırçı, alçaldıcı bir şeydir. Media İnkişafı Agentliyi bir dövlət qurumudur. Bu qurumun irəli sürdüyü tələblər dövlət adından edilir. 

Dedilər sənədlərinizi təqdim edin, reyestrdən keçin, fəaliyyətiniz qanuni olsun. Biz də qanunun tələblərini pozmadan sənədlərimizi hazırlayıb verdik. Mən bilirdim bizi reyestrdən keçirməyəcəklər. Sadəcə olaraq onların yalan danışdıqlarını bir daha təsdiqləmək üçün bunu etdim. Nəticədə nə dedilər, dedilər səni və saytını reyestrdən keçirə bilmərik, olmaz, sən müstəqilsən, sən azad mətbuatı dəstəkləyirsən, sən əsl jurnalistsən. Ona görə də sənin fəaliyyətinə imkan verə bilmərik. Bizə dünyadan xəbəri olmayan, jurnalistika prinsiplərini bilməyən, susan, nə desək baş üstə deyən, 5-10 manat verib istədiyimizi söydürə biləcək "jurnalist" lazımdır.

Çox gülünc bir cavab... Mətbuatın üzünü-astarı ilə qarışdıran adamlar mənə deyir sən jurnalist deyilsən.

Yəni, bunlara görə, mən ya gedib başqaları kimi xahiş etməliydim, onların jurnalistikaya zidd qaydaları ilə razılaşmalıydım, diğərləri kimi nə desələr " baş üstə deməliydim", ya da hansısa məmur tapıb tapşırmalıydı ki, bunu da reyesterdən keçirin. Bunlar mənə görə deyil. Yaltaqlıq, ikiüzlülük, satqınlıq mənə görə deyil. Məni tanıyanlar bilir ki, mən bu yolun adamı deyiləm. Mənim jurnalistikam başqa, Əhməd İsmayılovun arzuları, yolu başqa. Mən hər kəsə subut edəcəm ki, Azərbaycanda müstəıqil  jurnalistikanın məhv edilməsində kimlər necə var gücü ilə çalışır. 

İndi siz təsəvvür edin ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin diplomunu daşıyan Ədil Hüseynov gedib MEDİA-nın 1 yazısı olmayan rəhbərinə və ya ordakı cor-cocuğa xahiş etməlidir ki, məni Reyesterdən keçirin? Kimdir ki onlar? 25 il mətbuatda can qoymuş birinə bunu etmək kişilik deyildi.

Yoxdur belə arzu, yoxdur belə bir istək. Mən diplomu olan, dövlətin verdiyi, əziyyət çəkib oxuduğum diplomumla təsdiq olunan qanuni jurnalistəm. Mənim diplomum mənə jurnalist olaraq fəaliyyət göstərməyim üçün qanuni bir sənəddir. Sadəcə qanunlara hörmət edərək reyesterdən keçmək üçün sənədləri verdim. 

Bir daha təkrar edirəm, qanun dedilər, qayda dedilə "ok" dedik. Amma daha gedib Əhməd İsmayılovun otağının qarşısında "məni də qəbul et, məni də reyesterdən keçir" deyəcək qədər boynubükük deyiləm. Media Reyesterindən keçirdikləri saytların sayını bilirsiz? Bilirsiz kimləri reyesterdəın keçiriblər? Azərbaycan jurnalistikasına aidiyyatı olmayan, ümumiyyətlə, jurnalistikanın "J"-dan xəbəri olmayan adamların saytlarını reyesterdən keçiriblər. Tədbirlərə dəvət olunmalar üçün bunların komandasında olan jurnalistlər bir-birilərini satır, arxasından danışır, yalan nə gəldi danışırlar. Nıə var ki, Əhmədin bundan xoşu gəlsin.

Əhməd İsmayılov, Natiq Məmmədli, İlkin buna görə, mütləq cavab verəcək. Əhməd İsmayılov və onun komandası mənim və saytımın fəaliyyətini iflic edib, bütün huquqlarımı əlimdən alıb, fəaliyyətimi məhdudlaşdırıb, bütün qurumlara tapşırılıb ki, bülə bir saytı, adamı yaxın buraxmayın. Bir sözlə, məni də bu yolla öz yanlarına çəkməyə çalışırdılar.

Təsəvvür edin ki, nə reklam ala biliriəm, nə dövlət qurumlarından akkreditasiyadan keçə bilirəm, nə də hansısa bir tədbirə dəvət olunuram. Əsl jurnalistin nə saytını, nə də özünü jurnalist olaraq saya salan yoxdur, ikili münasibət, yazmaq qorxusu, saytın hər an bloklanma hissi, həbs və diğərləri. Odur ki, mən Azərbaydan Media İnkişafı Agentliyinin fəaliyyətini, Əhməd İsmayılovun səriştəsizliyini qəbul etmirəm. Belə çıxır ki, Əhməd İsmayılov və onun əsabəsi dövlətin verdiyi diplomu qəbul etmir, o diplomun boş kağız parçası hesab edir və dövləti də, onun qanunlarını da heçə sayır. Əgər bir dövlət məmuru bunu edirsə, deməli bu adam sabah dövlətin özünə də badalaq gələcək.

- Nələri planlaşdırırsız?

- Jurnalist olaraq fəaliyyətimi davam etdirəcəm. Çünki bu mənim işimdir, halal haqqımdır. Bir neçə beynəlxalq reklam şirkətləri ilə əlaqələr qurmuşuq. Əsasən online reklam gəlirləri ilə saytımızı ayaqda tutmağa çalışıram. Əgər Əhməd İsmayılov bunun da qabağını almasa, saytı blokalamasalar fəaliyyətimi davam etdirəcəm. Bloklansaq yaxud hansısa başqa bir yola əl atsalar, yenə davam edəcəyəm. Mən Azərbaycanda çox az jurnalistlərdənəm ki, bu işi ətraflı şəkildə bilirəm. İstər texniki, istər reklam, istərsə də forma baxımından məni susdurmaq mümkün deyil. 

Ramiz