Bundesver 3,3 ton tualet kağızı satışa çıxartdı

Alman silahlı qüvvələri ümumi çəkisi 3300 kiloqram olan 360 qutu tualet kağızı rulonunu satışa çıxarıb. Buna səbəb vanna otağında dispenserlərin dəyişdirilməsi olub.

Bizimxeber.az bildirir ki, bu barədə RTL məlumat verib.

Məlumatda qeyd olunur ki, 2020-ci ilin sonunda vanna otağında bir şirkətin tualet kağızı dispenserlərini başqa bir təchizatçının universal gigiyena dispenserləri ilə əvəz etmək qərarına gəliblər. Lakin birinci şirkətin tualet kağızı universal gigiyena dispenserində istifadəsi mümkün deyil. Bundesver əlavə edib ki, onlar tualet kağızının qalıqlarından mümkün qədər öz ehtiyacları üçün istifadə etməyə çalışıblar, lakin hələ də onların çoxu var.

Tualet kağızının satışı üzrə hərrac mayın 31-dək davam edəcək. Nəşr əlavə edir ki, Almaniya Silahlı Qüvvələrinin hərracında siz toner kartricləri, iş masaları və noutbuklar ala bilərsiniz.

Qeyd edək ki, dekabr ayında Almaniya Bundesveri orduya artıq ehtiyacı olmayan 36,4 min ədəd yun yorğan-döşəyi onlayn hərraca çıxarıb.