Bundestaq Rusiyaya Qrafı səfir göndərir - ŞOK TƏYİNAT

Almaniyanın Rusiyadakı yeni səfiri Azad Demokratlar Partiyasının (FDP) sədr müavini Aleksandr Qraf Lambsdorf olacaq.

Bizimxeber.az bildirir ki, bu barədə "Spiegel" ölkənin hakim koalisiya dairələrindəki mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Lambsdorff Almaniyanın Rusiyadakı səfiri postuna 2023-cü ilin yayından başlayacaq. Hazırda bu vəzifədə diplomat Geza Andreas fon Geyrdir.

Labmsdorf Almaniyanın hakim koalisiyasında ən təcrübəli siyasətçilərdən biri hesab olunur.  Spiegel yazır ki, koalisiya dairələrində Lambsdorffun ABŞ-da səfir ola biləcəyi ilə bağlı şayiələr var, lakin bu variant hazırda nəzərdən keçirilmir.