Bundestaq 3 milyardlıq yardımın müzakirəsini saxladı

Bundestaqda müzakirə edilməli olan Ukraynaya əlavə dəstək mövzusu dayandırılıb. Buna səbəb iclasının vaxtından əvvəl dayandırılması olub.

Bizimxeber.az bildirir ki, Azad Demokrat Partiyasının (VDP) əlavə üç milyard avro ayrılması təklifi ilə bağlı müzakirələr saat 00:30 radələrində parlamentin kvorumunu itirməsi ilə başa çatıb. Səsvermədə cəmi 320 deputat iştirak edib, qərar qəbul etmək üçün isə ən azı 366 deputat lazımdır.

Bundestaqın sədr müavini, Soyuz-90/Yaşıllar partiyasından Katrin Görinq-Eckardt gündəmdə başqa məsələlərin olmasına baxmayaraq, iclası erkən bağladı.

Xatırladaq ki, Almaniya parlamentinin büdcə komitəsi maliyyə naziri Yorq Kukisə müraciət edərək Ukraynaya əlavə 3 milyard avro hərbi yardım ayrılmasını təsdiqləyib.