Budapeştdə "Sevilya" azarkeşlərinə hücum edildi

Budapeştdə aqressiv macar və polşalı azarkeşlər İspaniyanın "Sevilya"sının azarkeşlərinə hücum edib. Bizimxeber.az bildirir ki, hadisə “Roma” ilə qarşılaşacağı Avropa Liqasının finalından əvvəl baş verib.

Hadisə Budapeştin mərkəzində baş verib. Məlumata görə, seviliyalılara hücumu Polşanın “Şlensk” klubunun xuliqanları Macarıstanın “Ferensvaroş”undan olan dost azarkeşlər assosiasiyası ilə birgə həyata keçirib.

Azarkeşlər Macarıstan paytaxtının mərkəzindəki fan zonasına hücum ediblər.

Qeyd olunur ki, polşalılar "Sevilya"nın azarkeşlərinə çoxdankı düşmənçiliklərinə görə hücum ediblər.