“Bu, sübut deyil” - Bayden Zelenskiyə cavab verdi

“Polşa ərazisinə düşən raketin Ukraynanın deyil, Rusiyanın olduğuna şübhə etmirəm”. 

Bizimxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. ABŞ Prezidenti Co Bayden isə Zelenskinin bu açıqlamasına münasibət bildirərək, “Bu, sübut deyil”, - deyə qeyd edib.

Xatırladaq ki, noyabrın 15-i Polşa ərazisinə 2 raket düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub. Polşanın Xarici İşlər Nazirliyi raketlərin Rusiya istehsalı olduğunu bildirib.

Buna baxmayaraq, Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşava ölkəyə məhz hansı ölkənin raketlərinin düşməsi barədə dəqiq məlumata sahib deyil. Amerikalı məmurlar isə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlərin Polşaya düşdüyünü deyib.