Bu şirkətin 5 milyonluq vergi borcu üzə çıxdı

Azərbaycanda fəaliyyət göstərən iri neft şirkətlərdindən biri "Easydrill”in külli miqdarda vergi borcu yaranıb. 

Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət barəsində məhkməyə müraciət edib. Məlum olub ki, "Easydrill” şirkətinin 5,5 milyon manatdan çox ödənilməmiş vergi borcu var. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılıb.

İş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün xitam verilib və aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, "Easydrill” şirkəti Azərbaycan, Gürcüstan və Türkiyədə neft sektorunda platformaların qurulması və neft sahəsinə aid müxtəlif avadanlıqlarının satışını həyata keçirir.