Bu ölkələr diplomatik münasibətləri də dayandırır

"Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərin pozulacağını istisna edilmir" Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

Ryabkov deyib ki, belə bir hal yalnız ABŞ-ın təşəbbüsü ilə ola bilər: "Öncədən heç nəyi istisna etmirəm, lakin bu, əlbəttə ki, bizim arzumuz deyil. Biz öz siyasətimizi sırf və müstəsna olaraq milli maraqlarımızı rəhbər tutaraq, reaktiv yox, Amerika istiqamətində də ardıcıl surətdə həyata keçiririk".

O, ABŞ-la diplomatik münasibətlərin kəsilməsinin Rusiyanın maraqlarına uyğun olmadığını vurğulayıb. Eyni zamanda, onun fikrincə, belə bir nəticə mümkündür, ancaq bu gün rusofobiyanın səviyyəsi görünməmiş səviyyədədir: " Biz bunu hər gün hiss edirik. Bunun nəticələrini də qiymətləndirməmək olmaz".

Qeyd edək ki, bu yaxınlarda ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Rusiya Federasiyasından 28 hüquqi və 14 fiziki şəxs məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Onların arasında iş adamı Murat Əliyev, senator Süleyman Kərimovun qohumları və onunla əlaqəli şirkətlər də var.