Bu ölkədə 11 milyonluq kokain tutuldu

Hollandiya gömrüyü Vlissingen limanından təxminən 11 milyon avro dəyərində kokain yükünü müsadirə edib.

Bizimxeber.az bildirir ki, bu barədə Hollandiya prokurorluğu məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, ələ keçirilən 428 kq kokainin dəyəri 10,7 milyon avro dəyərində qiymətləndirilir. Kokain Perudan gələn və Almaniyadakı bir şirkət üçün nəzərdə tutulmuş meyvə daşımasında gizlədilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları yükü götürərək məhv ediblər.