Bu nəticə Orban üçün "sonun başlanğıcı"dlr - Peter Magyarı

Macarıstanın baş naziri Viktor Orbanın Fides partiyası Macarıstanda yeni ortaya çıxan Peter Magyarın meydana çıxması fonunda Avropa Parlamenti seçkilərində indiyə qədərki ən pis nəticəni əldə edib.

Bizimxeber.az bildirir ki, bu barədə Macarıstanın müstəqil "Telex" nəşri xəbər verib. 

Peter Magyar: Macaristan'da Viktor Orban'a meydan okuyan yeni muhalif lider  - BBC News Türkçe

Orbanın Fidesz-KDNP ittifaqı 44,52% dəstək alıb və Avropa Parlamentində 11 mandata iddia edir ki, bu da səsvermələrin proqnozlaşdırılandan azdır, Peter Magyarın bu yaxınlarda formalaşmış müxalif Tisza partiyası isə 29,74% dəstəyə (7 yer) malikdir. 

Son 20 ildə Fidesz AP seçkilərində yalnız bir dəfə - 2004-cü ildə müxalifət partiyası olaraq 47,4 faiz səs toplayıb. 

2019-cu ildə keçirilmiş Avropa Parlamentinə əvvəlki seçkilərlə müqayisədə Orbanın siyasi qüvvəsi demək olar ki, 8 faiz enib və 2 mandat itirib.

Buna baxmayaraq, Viktor Orban yekun nəticələrin açıqlanmasını gözləməyib. Bu isə ölkədə ciiddi narazılıq  yaradıb. O, çıxışda deyib ki, macarlar hökumətin sülhsevər siyasətini təsdiqləyib və Macarıstanı müharibədən kənarda saxlamağa nail olub".

Peter Magyar, nəticənin Viktor Orban üçün "sonun başlanğıcı" olduğunu və "onun güc fabriki üçün Waterloo" olacağını deyib: “Bu gün Macarıstan xalqının mənafeyi naminə siyasətlə məşğul olmağın mümkünlüyünün sübutudur” deyən Magya, “ölkəni bataqlıqdan çıxaracağına” söz verib.