"Bu İrəvanın suveren hüququdur, amma..." - Peskov

"Ermənistanda diqqəti Aİ-yə yönəltməyin ölkəyə əlavə dividendlər gətirəcəyinə inanan siyasi qüvvələr var, lakin hələlik ölkə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən aşkar dividendlər almaqda davam edir". 

Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı layihəni qəbul etməsinə münasibət bildirərkən deyib.

Peskov qeyd edib ki, bu, Yerevanın suveren hüququdur, lakin hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu anlamalıdır: "Həm ermənilərin özləri, həm də hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu və avropalıların özlərinin buna necə münasibət bəslədiklərini anlamalı olacaqlar”.

Peskov Avropa Birliyinə qəbul prosesinin mürəkkəbliyinə də diqqət çəkərək, bir çox ölkələrin təcrübəsini xatırladıb, onilliklərlə ölçülən bu prosesdə uzun növbələri qeyd edib. 

Moskva dəfələrlə bəyan edib ki, Avrasiya İqtisadi İttifaqı və Aİ-yə eyni vaxtda üzv olmaq mümkün deyil.