Bu gün Almatı necə görünür? - FOTOLAR - VİDEO


Qazaxıstanda etirazçılarla polis arasında silahlı toqquşmalar davam edir.

Bizimxeber.az Qazaxıstanın 24.kg portalına istinadən bildirir ki, Almatıda 100-dən çox şəxs saxlanılıb. Bu arada silahlı şəxslərin saxlanılması və məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Media və hadisə şahidləri sosial şəbəkələrdə Almatının etirazlardan, atışmadan və talanlardan sonra necə göründüyünü əks etdirən foto və videolar paylaşırlar. Mağazalar qarət edilib və şəhərin bəzi ərazilərində son dərəcə şiddətli döyüşlər davam edir.