Bu dövlətlər Ukraynanın dərhal təslim olmasını arzulayırdı - Conson açıqladı 

Almaniya Rusiya hücuma başlamazdan əvvəl Ukraynanın sürətli məğlubiyyətini gözləyirdi.

Bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, "müəyyən məqamda” almanların mövqeyi belə idi ki, əgər bu baş versə, fəlakət olacaq, o zaman hər şey tez bitsə və Ukrayna təslim olsa, daha yaxşı olar”.

Conson əlavə edib ki, alman rəsmiləri öz mövqelərini "məcburi iqtisadi səbəblərlə” izah ediblər, Fransa hakimiyyəti isə silahlı toqquşma ehtimalını "son ana qədər inkar edib”.

Lakin o, konkret hansı məmurlardan danışdığını dəqiqləşdirməyib. Eyni zamanda, İtaliyanın keçmiş baş naziri Mario Draqinin hökumət üzvləri Consona görə, ölkənin enerji resurslarından "böyük asılılığına” görə Rusiyaya təzyiq göstərmək cəhdlərini "dəstəkləyə biləcəyini” bildiriblər.