"Bu ABŞ-ın məğlubiyyəti sayılacaq"- Tusk

"Ukraynanın məcburi təslim olması bütün Qərbin təslim olması demək olacaq".

Bizimxeber.az bildirir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

"Bu faktdan irəli gələn bütün nəticələrlə. Və heç kim bunu görməmiş kimi davranmasın", - Tusk xəbərdarlıq edib.

Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında ABŞ dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Volz və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun təmsil etdiyi ABŞ nümayəndə heyəti ilə görüş keçirilib .

Rusiya Federasiyası ilə ABŞ arasındakı danışıqlardan sonra ABŞ Dövlət Departamenti bildirib ki, nümayəndə heyətləri ikitərəfli münasibətlərdə "qıcıqlandırıcıları aradan qaldırmaq" və Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi ilə bağlı danışıqlara hazırlıq işlərini davam etdirmək barədə razılığa gəliblər.