Belçikada Brüssel metrosunun işində fasilələr yaranıb.
Bizimxeber.az "Politico"ya istinadən bildirir ki, bu, atışma ilə bağlıdır.
Hadisə nəticəsində heç kimin xəsarət almadığı deyilir. Eyni zamanda təhlükəsizlik məqsədilə metro xətlərindən biri bağlanıb. Polis şübhəlilərin tunellərdə ola biləcəyini əlavə edib.
Polisin tələbi ilə üç metro xətti bağlanıb. Şirkət sakinlərə avtobuslara keçməyi tövsiyə edib.