Britaniyanın Ukraynaya göndərdiyi MLRS -lər Polşaya çatdı

Britaniyanadan Ukraynaya uzaqmənzilli  raket sistemləri  (MLRS) daşıyan C-17 Globemaster III ağır hərbi-nəqliyyat təyyarəsi Polşaya çatıb. 

Bizimxeber.az "interfax"a istinadən bildirir ki, 75 tona qədər yük daşıya bilən təyyarə Polşanın Rzeşov şəhərinin Ukrayna ilə sərhədindən 90 km aralıda yerləşən aerodromuna enib.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Londonun uzun mənzilli dəqiq silahların tədarükü ilə bağlı Kiyevin sorğusuna cavab olaraq M270 MLRS-i Ukraynaya göndərəcəyini açıqlamışdı.

“Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzündən qorunmaq üçün bir neçə reaktiv yaylım atəşi sistemi bağışlayacaq”, - bəyanatda deyilir.

Londonun Kiyevə nə qədər belə sistem verməyə qərar verdiyi göstərilməyib. “MLRS ilə birlikdə Böyük Britaniya M31A1 sursatını da tədarük edəcək”, - deyə o qeyd edib.

Bu MLRS 80 km-ə qədər məsafədə atəş edə biləcək.

Hərbi idarə həmçinin bildirib ki, Ukrayna hərbçiləri Böyük Britaniyada MLRS-dən istifadə üzrə təlim keçəcəklər.