Britaniyanın baş naziri Sunak istefa verdi - SON DƏQİQƏ

Böyük Britaniyanın baş naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının iyulun 4-də keçirilən seçkilərdə heyrətamiz məğlubiyyətindən sonra istefa verdiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, bunu Britaniya hökumətinin başçısı keçirdiyi brifinqdə deyib.

Sunak baş nazir kimi son açıqlamasını verib. O, istefasını rəsmi şəkildə bildirmək üçün tezliklə Kral III Çarlzla görüşəcəyini təsdiqləyib.

Britaniya hökumətinin başçısı “Birləşmiş Krallıq hökumətinin dəyişməli olduğuna dair aydın siqnal göndərən” seçicilərdən üzr istəyib.

Sunak həm də Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək. “Bu nəticədən sonra mən partiya başqanı postundan istefa verəcəm, amma dərhal yox, varisinin seçilməsi ilə bağlı formal tədbirlər görülən kimi bunu edəcəm”.

Sunak qeyd edib ki, tezliklə Böyük Britaniyanın baş naziri postunu tutacaq Leyboristlər Partiyasının lideri Key Starmer layiqli insandır. "Bu kampaniyada fərqimiz nə olursa olsun, o, hörmət etdiyim layiqli bir insandır" deyə Sunak bildirib.