İtaliyanın cənubundakı Palermo sahillərində baş verən fırtına zamanı Bayesian adlı superyaxta batıb.
Bizimxeber.az bildirir ki, yaxtanın göyərtəsində Fransa, Böyük Britaniya, Yeni Zelandiya, Şri-Lanka və İrlandiya vətəndaşları daxil olmaqla, ümumilikdə 22 nəfər olub. Ümumilikdı, 12 sərnişin və 10 ekipaj üzvü. Fırtına və tornado yaxtanın batmasına səbəb olub.
Hadisə zamanı Hollandiyaya məxsus Sir Robert adlı yelkənli gəmi tərəfindən 15 nəfər, o cümlədən körpəsi olan qadın və gəminin kapitanı xilas edilib.
Təəssüf ki, bir sərnişini xilas etmək mümkün olmayıb, və altı nəfər itkin düşüb. İtkin düşənlər arasında Autonomy texnologiya şirkətinin yaradıcılarından biri və multimilyonçu Maykl Linç də var. Linçin həyat yoldaşı isə xilas edilənlər arasındadır.
Yaxta 49 metr dərinlikdə, sahildən təxminən 800 metr məsafədə batıb. Sahil Mühafizəsi və xilasedicilər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.