Britaniyadan Rusiyaya daha böyük zərbə - Yeni sanksiyalar

Böyük Britaniya hökuməti neft emalı və aviasiya sənayesindən mal və texnologiyaların ixracı, habelə Rusiyada funt sterlinq və Aİ əskinaslarından istifadə ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə  “ Avropa həqiqəti” məlumat yayıb.

Xüsusilə, söhbət kimyəvi və bioloji silahlar, dənizçilik sektoru və neft emalı sənayesi ilə bağlı malların və texnologiyaların ixracına, tədarükünə və çatdırılmasına, habelə aviasiya yanacağı və yanacaq əlavələrinin ixracına və ya istifadəsinə qadağa qoyulmasından gedir. 

Valyuta məhdudiyyətlərinə funt sterlinq və ya Aİ valyuta əskinaslarının Rusiyaya ixracına və ya istifadəsinə qadağa, habelə Rusiya ilə əlaqəli şəxslərə belə əskinasların verilməsi, tədarükü və ya çatdırılmasına qadağa daxildir.

Qeyd olunur ki, bəzi məhdudiyyətlər Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərə də şamil edilir.

Böyük Britaniya, həmçinin Rusiya mənşəli və ya Rusiyadan göndərilən bəzi "gəlirli" malların idxalını, alınmasını və ya çatdırılmasını qadağan edir.

Sanskiyaya görə, Rusiya Federasiyasına həmçinin dəmir və polad idxalı ilə bağlı texniki yardım, maliyyə və broker xidmətləri göstərmək qadağan ediləcək.