Böyük Britaniya, İsrailin İranın hərbi obyektlərinə zərbələrindən sonra İranı təmkinli olmağa çağırıb.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, baş nazir Key Starmer, Yaxın Şərqdə gərginliyin artırılmaması üçün bütün tərəfləri özlərini idarə etməyə dəvət edib.
O, İranın hücuma cavab verməməsinin vacib olduğunu vurğulayıb və İsrailin özünü müdafiə etmək hüququnu tanıdığını bildirib.
Eyni zamanda, Britaniya regional vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün müttəfiqləri ilə əməkdaşlığını davam etdirəcəyini qeyd edib.
ABŞ isə İsrailin əməliyyatlarına müdaxilə etmədiyini açıqlayıb.