Britaniyada toqquşan gəmilərdən birinin kapitanı saxlandı

Böyük Britaniyada gəmilərdən birinin kapitanı baş vermiş toqquşma nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda şübhəli bilinərək saxlanılıb.
Bizimxeber.az bildirir ki, bu barədə "Sky News" telekanalında qeyd olunub.

"Toqquşma ilə bağlı qəsdən adam öldürməkdə şübhəli bilinərək həbs edilən 59 yaşlı kişi "Solong" yük gəmisinin kapitanıdır", - nəşr bildirib.

Telekanalın məlumatına görə, bu məlumatı gəminin sahibi olan Ernst Russ şirkətinin nümayəndələri təsdiqləyiblər. Bundan əvvəl Britaniyada toqquşmuş iki gəminin yanmaqda davam etdiyi bildirilirdi.