Britaniya Mühafizəkarlar Partiyası İcmalar Palatasının 44 yaşlı üzvü Kammi Badenoku lider seçib.
O, Britaniya partiyasına rəhbərlik edən ilk qaradərili qadın olub. O, keçmiş baş nazir Rişi Sunakı əvəz edir.
Sunak dövründə mühafizəkarlar tarixlərində ən böyük seçki məğlubiyyətlərindən birini yaşadılar. İyulda keçirilən ümumi seçkilərdən sonra partiya 650 yerlik İcmalar Palatasında tutduğu 365 yerdən yalnız 121-ni saxlaya bildi.
Sunakın istefasından sonra bir neçə sabiq nazir partiya lideri postu uğrunda mübarizə aparıb. BBC xəbər verir ki, Badenok partiyadaxili seçkilərdə anti-immiqrant ritorikası ilə kampaniya aparan keçmiş immiqrasiya naziri Robert Jenrick-ə qalib gəlib.