Britaniya XİN başçısı Putini mafioz dövlətin başçısı adlandırdı

Britaniya XİN başçısı Putini mafioz dövlətin başçısı adlandırdı

Böyük Britaniyanın xarici işlər naziri David Lammy BMT Təhlükəsizlik Şurasındakı alovlu çıxışında Vladimir Putini açıq şəkildə “mafiya dövləti” idarə etməkdə ittiham edib və onu qul sahibinə bənzədib.

Bizimxeber.az bildirir ki, bu barədə "Politico" xəbər verib.

Nyu-Yorkda görüş zamanı Lemmi Rusiya liderini nişan alıb və Rusiya nümayəndəsinə deyib: “Biz sizin kim olduğunuzu bilirik”.

Britaniyalı nazir quldarlıq günlərini xatırlayaraq, Ukraynaya müdaxilə üçün Putinin davranışını tənqid edib və Rusiya hökumətini beynəlxalq hüquqa məhəl qoymamaqda ittiham edib: "Sizin işğalınız öz maraqlarınızdır. Yalnız sizin... Mafioz dövlətinizi mafiya imperiyasına çevirmək istəyirsiz. Korrupsiya üzərində qurulmuş imperiyasız", - deyə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

 "Cənab prezident, mən təkcə bir britaniyalı, londonlu və xarici işlər naziri kimi danışmıram. Mən burada həm də əcdadları Afrikadan silah gücünə zəncirlənmiş, əsarət altına alınan, əcdadları üsyan edib döyüşən bir qaradərili kimi dayanıram" deyə Lemmi əlavə edib.

Lemminin çıxışı Ukraynanın Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün Britaniyanın “Fırtına kölgəsi” də daxil olmaqla, uzaqmənzilli Qərb raketlərindən istifadə etmək icazəsi almaq üçün intensiv lobbiçilik səylərini davam etdirdiyi bir vaxta təsadüf edir.

“The Times” qəzetinin yazdığına görə, ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyə hazırlaşdıqları iddia edilir.