Böyük Britaniya ABŞ-ın kəşfiyyat məlumatlarının tədarükünü dayandırmasından sonra Ukraynaya kəşfiyyat dəstəyi verməyə davam edəcək.
Bizimxeber.az bildirir ki, bununla bağlı "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, Britaniya Ukraynaya xam kəşfiyyat təhlili təqdim edəcək, lakin iki ölkə arasında əldə edilən məlumatlar ABŞ-la paylaşılmayacaq.
Böyük Britaniyanın imkanları ABŞ qədər geniş deyil, lakin bu məlumatlar Ukraynaya hücumlar barədə erkən xəbərdarlıq etməyə və Rusiyaya qarşı müəyyən dərəcədə dərin zərbələr endirməyə imkan verəcək.
Məlumata görə, Böyük Britaniya kəşfiyyat məlumatlarını peyklər, yer stansiyaları, Rivet Joint tipli kəşfiyyat təyyarələri və bəzi hallarda gizli yerləşdirilmiş quru qoşunları vasitəsilə toplayır. Bu informasiya açıq mənbə materialları ilə birləşdirilərək Ukraynaya təqdim edilir.