Britaniya Ukraynaya ciddi dəstək vəd etdi

Böyük Britaniyanın baş naziri Keir Starmer, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenskiylə mübahisə etdikdən sonra telefon açaraq Ukraynaya sarsılmaz dəstək vəd edib.

Bizimxeber.az bildirir ki, bu barədə The Telegraph yazır. 

"Ukraynaya dəstəyimiz sarsılmaz olaraq qalır və Ukraynanın suverenliyinə və təhlükəsizliyinə əsaslanan davamlı sülhə gedən yol tapmaq üçün əlindən gələni edəcəyik".

Ştramer Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da telefonla danışıb.

Sosial mediada yayımlanan paylaşımda Türkiyə prezidentliyi iki liderin “regional və qlobal məsələləri” müzakirə etdiyini bildirib və Türkiyənin Ukraynadakı müharibədə “ən qısa zamanda ədalətli və davamlı sülh” istədiyini bildirib.