Britaniya Ukraynanın “qələbə planı”nı ciddi araşdırır

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı Entoni Radakinlə Rusiyanın dərinliklərinə zərbələr endirilməsi və “qələbə planı”nı müzakirə edib.

Bizimxeber.az bildirir ki, Sirski bu barədə Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakinlə söhbətindən sonra bildirib .

Sırskinin sözlərinə görə, söhbət zamanı əməliyyat və strateji dərinlikdə Rusiya hərbi obyektlərinin vurulması imkanları ayrıca müzakirə olunub.

“İndi Britaniya tərəfi “qələbə planının” praktiki icrası çərçivəsində öz təkliflərini hazırlayır”, o vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ukrayna və Britaniya arasında əməkdaşlığın əsas istiqamətləri hərbi texnika və silahların tədarükü, hərbi kadrların hazırlanması və yüksək texnologiyalı silahlardan istifadənin səmərəliliyinin artırılması olaraq qalır.