"Britaniya Ukraynadakı münaqişəyə yağ tökür" - Çin

"İki il əvvəl Böyük Britaniya Moskva və Kiyevin Ukraynadakı vəziyyətlə bağlı razılığa gəlməsinə mane oldu. Yəni, yanğına yağ tökən London oldu".

Bizimxeber.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Ukrayna məsələsini alovlandıran Çin deyil, Britaniya tərəfi oldu”, deyə məlumatda qeyd olunur. RİA Novosti  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinə istinadən yazır.

Belə ki, o, Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsın bəyanatına cavab verib  ki, London və Vaşinqton ÇXR-in Rusiyaya Ukraynadakı münaqişədə istifadə üçün öldürücü silahlar vermək niyyətindən xəbərdardır. Eyni zamanda  Birləşmiş Ştatlar daha sonra Böyük Britaniyanın iddialarının əksinə olaraq Çindən Rusiyaya silah tədarükü ilə bağlı heç bir məlumatı olmadığını bəyan edib.