Britaniya Şərqi Avropaya çoxsaylı qoşun yerləşdirməyə hazırlaşır

Britaniya “soyuq müharibə”dən sonra Avropaya çoxsaylı qoşun yerləşdirməyə hazırlaşır.

Təxminən 8000 Britaniya əsgəri bu yay Rusiya təcavüzünə qarşı təlimlər keçirmək üçün Şərqi Avropaya səfər edəcək. Qoşunlar Finlandiya və Baltikyanı ölkələrdən Şimali Makedoniyaya qədər geniş bir ərazidə yerləşdiriləcək. Onlarla tank və 100-dən çox zirehli texnikadan istifadə ediləcək.

Sözügedən təlimlərdə britaniyalılarla yanaşı, NATO ölkələrindən on minlərlə hərbçi iştirak edəcək.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, planlaşdırılan təlim Britaniya və Finlandiya qüvvələrinin birgə işləmək qabiliyyətini artıracaq, “Rusiyanın Skandinaviya və Baltikyanı ölkələrə təcavüzünün qarşısını alacaq”.