Britaniya nüvə sualtı qayıqlarının sayını artırır - 9 milyardlıq müqavilə

Britaniya hökuməti nüvə sualtı qayıqları parkını genişləndirir.

Bizimxeber.az bildirir ki, Britaniyanın müdafiə naziri Con Gealy deyib ki, bu məqsədlə Rolls Royce şirkəti ilə 9 milyard funt sterlinqlik müqavilə razılaşması olacaq. 

“Birlik” adlı səkkiz illik müqavilə reaktorların layihələndirilməsi, istehsalı və texniki xidmətini daha səmərəli və ekoloji cəhətdən təmiz etmək üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu müqavilə ilə Böyük Britaniyada 1000-dən çox iş yerinin yaradılması və 4000 digər iş yerinin saxlanması gözlənilir.

Hökumət sövdələşmənin əvvəlki müqavilələri və təşviqləri asanlaşdıracağını və daha səmərəli xidmət göstərilməsini təmin edəcəyini və bunun nəticəsində 400 milyon funt-sterlinq qənaət edəcəyini açıqlayıb.

Britaniyanın hazırkı sualtı donanmasına dəstək verməklə yanaşı, "Birlik" yeni Dreadnought sinifli sualtı qayıqların tikintisi və istismara verilməsini və AUKUS müdafiə alyansı üçün müqavilələrin bağlanmasını əhatə edir. 2023-cü ilin martında Rolls-Royce-un Böyük Britaniya, ABŞ və Avstraliya arasında müdafiə müqaviləsi çərçivəsində yeni nüvə sualtı donanması üçün reaktorlar təmin edəcəyi açıqlandı.

Sualtı qayıqlar Böyük Britaniya və Avstraliyada tikiləcək, lakin hər üç ölkənin texnologiyasından istifadə edəcəklər.