Fevralın 12-də Brüsseldə keçiriləcək Ukrayna təmas qrupunun iclasına ilk dəfə Britaniya sədrlik edəcək.
Bizimxeber.az bildirir ki, bunu Pentaqon da təsdiqləyib.
“Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək Ukrayna Müdafiə Əlaqə Qrupunda Pit Heqset prezident Trampın Ukraynadakı müharibənin mümkün qədər tez diplomatik yolla dayandırılmasına sadiqliyini bir daha təsdiq edəcək”, - RİA Novosti ABŞ Müdafiə Nazirliyindən sitat gətirir.
Pentaqonun rəhbəri həmçinin Ukraynaya təhlükəsizlik yardımı göstərilməsi məsələlərində “Avropa liderliyinin gücləndirilməsinin” zəruriliyini xatırlatmaq niyyətindədir.