Britaniya hazırda Ukraynaya qoşun göndərməyi düşünmür


Britaniya Ukraynaya qoşun yeritmək barədə düşünmür. 

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin xarici işlər naziri David Lammy "Politoco" nəşrinə deyib.

Lemmi belə bir bəyanatla fransalı həmkarının Qərb müttəfiqlərini Ukraynaya dəstək üçün “qırmızı xətlər” yaratmamağa çağırmasından sonra çıxış edib.

Qeyd edək ki, Le Monde qəzeti Böyük Britaniya və Fransanın Böyük Britaniyanın baş naziri Keir Starmerin Fransaya səfərindən sonra Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını müzakirə etməyə yenidən başladığını yazıb. 

Bu arada İtaliyanın xarici işlər naziri Antonio Tajani də bildirib ki, İtaliya öz əsgərlərini Ukraynaya döyüşmək üçün göndərməyəcək.