Britaniya hakimiyyəti "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviçlə komandanın satışından əldə olunan pulun taleyi ilə bağlı məhkəmə yolu ilə yaranmış mübahisəni həll etmək qərarına gəlib.
Bizimxeber.az bildirir ki, bu barədə Guardian Britaniya kabinetindəki mənbələrə istinadən yazır.
Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, hökumət bu vəsaitləri Ukraynanın humanitar ehtiyaclarına tez bir zamanda yönəltməyə çalışır.
Hökumət hesab edir ki, biz bu məsələ ilə bağlı məhkəməyə doğru gedirik.
Abramoviçin özü ilə pulun hara yönəldilməsi ilə bağlı əsaslı fikir ayrılıqları var və görünür, qanun bu problemi həll etməyin yeganə yolu olacaq , deyə mənbə bildirib.