Britaniyanın səhiyyə orqanları "meymun çiçəyi"nə yoluxmuş insanlara 21 günlük karantin tövsiyə edir.
Bizimxeber.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Təhlükəsizlik protokolu xəstələrlə birbaşa təmasda olan və ya onlarla eyni otaqda yaşayan insanlara şamil edilir. Belə insanlardan, xüsusən də immun sistemi zəif olan insanlar, hamilə qadınlar və azyaşlı uşaqlarla təmasları, son səyahətləri barədə məlumat vermələri və təmasdan çəkinmələri xahiş olunur.
Britaniyada meymun çiçəyi ilə bağlı 20 məlum hadisə var. Meymunlarda aşkarlanan bu nadir virus xəstəliyi əsasən Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində aşkar edilib. Ehtimal olunur ki, meymun çiçəyi insanlar arasında asanlıqla ötürülə bilməz və yalnız yaxın fiziki təmasla ötürülür. Semptomlara atəş, əzələ ağrısı və spesifik bir səpgi daxil ola bilər. Xəstəlik adətən yüngül keçir və əksər xəstələr 2-4 həftə ərzində sağalır.
İnfeksiya riskinin bədənlə təmasda olan və ya yoluxmuş şəxslə eyni evdə yaşayan və ya fərdi qoruyucu vasitələr olmadan xəstənin çarpayısını dəyişdirən insanlarda olduğu güman edilir.
The Guardian -ın məlumatına görə , hazırda ən azı 14 ölkədə, əksəriyyəti İspaniya və Portuqaliyada 180 məlum hadisə var. Üç nümunənin genetik analizi göstərir ki, bu virus 2018-19-cu illərdə Nigeriyada yayılan virusa çox oxşardır.