Britan əsgər İrana işləməkdə günahlandırılır

Britaniyada keçmiş hərbçi İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şəxslər üçün məxfi məlumat toplamaqda, həmçinin xüsusi təyinatlıların adlarını toplamaqda təqsirli bilinib.

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" məlumat verib.

Daniel Abed Khalif 2019-cu ilin mayından 2022-ci ilin yanvarına qədər məxfi məlumatları toplayıb. O, bütün ittihamları rədd edib və Britaniya məxfi xidmətləri üçün “ikiqat agent” olmaq istədiyini bildirib. 23 saatdan çox müşavirədən sonra münsiflər heyəti Xəlifəni Dövlət Sirləri Aktı və Terrorizm Aktı ilə ittihamlar üzrə təqsirli bilib.