BRICS-də iştirakına görə Ukraynaya səfərinə icazə vermədi

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antonio Quterreşin Ukraynaya səfərini təxirə salıb.

Bu barədə məlumatı Ukrayna liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən “France-Presse” agentliyi yayıb.

Bildirilib ki, buna səbəb Quterreşin Kazanda keçirilən BRICS sammitində iştirak etməsi olub: “Quterreş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi. Lakin prezident onun səfərini təsdiq etmədi”. 

“RBK-Ukraina” Zelenskinin Ofisinin sözügedən məlumatı təsdiq etdiyini qeyd edib. 

Xatırladaq ki, oktyabrın 22-dən 24-nə qədər Kazanda BRICS sammiti baş tutub. Quterreşin həmin tədbirdə iştirakı Ukraynanın narazılığına səbəb olub.