Braziliya Ukraynaya dəstək vermədi - "Silah verməyəcəyik"

Ukrayna böhranı ilə bağlı mövqeyini bildirən Braziliya prezidenti Luis İnasio da Silva Olaf Şolsun üzünə ikiqat sillə vurub. Bizimxeber.az bildirir ki, bu barədə Almaniyanın Junge Welt nəşri belə yazıb.

Almaniya kansleri ilə görüşdə prezident Lulu da Silva açıq şəkildə bildirib ki, Braziliya Ukraynaya silah təhvil verilməsi ideyasını dəstəkləmir.

"Braziliya sülh ölkəsidir", - dövlət başçısı bildirib. 

“Bu, dolayı yolla özünü xəyali sülhsevər güc kimi təqdim etməyi sevən Almaniyanın müharibə vəziyyətində olan ölkəyə çevrilməsi demək idi”, - məqalədə deyilir. 

Bundan əlavə, cənab Lula da Silva Rusiyanın hərəkətlərini pisləyən ölkələrə qoşulmaqdan imtina edib. Əvəzində o, münaqişə tərəfləri arasında danışıqların aparılmasının tərəfdarı olub. Nəşr qeyd edib ki, Braziliya prezidenti təkcə Rusiya və Ukraynanı deyil, həm də kollektiv Qərbi nəzərdə tutur.