"Bratislava Moskva deyil, Slovakiya Avropadır" - Robert Fiko gedir

Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fikonun Rusiya ilə yaxınlaşma ilə bağlı siyasətinə qarşı çıxan minlərlə insanın aksiyasını şərh edib.

Bizimxeber.az bildirir ki, o, bu barədə X (Twitter) səhifəsində yazıb .

Zelenski deyib ki, "Bratislava Moskva deyil, Slovakiya Avropadır". 

Bu arada Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, ölkədə müxalifətin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, həmçinin “gizli ekspertlər qrupu”nun iştirakı ilə dövlət çevrilişi hazırlanır.

Fico hökumətinə etimadsızlıq səsverməsi elan etməyə çalışan Slovakiya müxalifəti iddiaları rədd edir və onların vətəndaşları qorxutmaq taktikasından başqa bir şey olmadığını deyir.