Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi təhlükəsizlik baxımından təşkilatın Ukrayna ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib.
Bizimxeber.az bildirir ki, bu barədə “ Reuters ” BQXK-nın mətbuat xidmətinə istinadən xəbər verir.
"Təhlükəsizlik məqsədilə komandalarımız bu gün işləri dayandırıb", - təşkilat bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın kritik infrastrukturuna raket zərbələri endirdiyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri ölkənin müxtəlif bölgələrində enerji obyektlərini atəşə tutur.