BQXK erməni əsirlərin sayını dəqiqləşdirir

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan hücumu nəticəsində Azərbaycan odusu tərəfindən əsir götürülmüş erməni diversiya qruplarının ailələri ilə əlaqə saxlayır.

Bizimxeber.az bildirir ki, mu barədə məlumatı BQXK nümayəndəliyi yayıb. 

“Dünəndən ailələr ofisimizə gəlir, zəng edir, bütün müraciətləri qəbul edirik. Biz bütün bunları qarşı tərəfə müəyyən məlumatları təqdim etmək üçün toplayırıq”, - deyə məlumatda deyilir.

Əsirlərin sayına gəlincə, nümayəndəlik qeyd edib ki, hazırda məlumatların toplandığı və qeydiyyatların davam etdiyi bir vaxtda onlar dəqiq statistikasını açıqlamaq mümkün deyil.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.