Böyük Britaniyada ən bahalı qaraçı toyu cütlüyə 250 min funt sterlinqə başa gəlib.
Bizimxeber.az bildirir ki, toy mərasimi Mayfairdə yerləşən Dorchester Hoteldə baş tutub. Orada bir otağın qiyməti 10 min funt sterlinqdir. 21 yaşlı Louise Durant və 22 yaşlı Billi Maguire 350 qonaq tərəfindən təbrik edilib.
İştirak edənlərin süfrələri ağ güllərlə bəzədilib, gəlini 12 əlavə gəlin müşayiət edib. Çütlükləri kilsəyə ağ vaqon aparıb.