"“Meydan” TV ilə əməkdaşlıq edən jurnalistlərin həbsini dərin təəssüf hissi ilə qarşıladım. Azad və müstəqil mətbuat istənilən demokratiyanın mühüm elementidir. Jurnalistlər həbs, hədə və zorakılıq qorxusu olmadan məsələləri işıqlandıra bilməlidirlər”.
Bizimxeber.az bildirir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old X platformasındakı hesabında yazıb.